Misirin prezidenti Abdel Fəttah əl-Sisi Fələstinə həbrçi göndərməyə hazırlığını bildirdi. Onun sözlərinə görə, bu, həm Fələstinin, həm də İsrailin təhlükəsizliyinə xidmət edəcək.
Teleqraf.com Anadolu informasiya agentliyinə istinadan xəbər verir ki, Abdel Fəttah əl-Sisi onu da əlavə etdi ki, bunun üçün Fələstin dövlətinin mövcudluğu zəruridir.
O, həm də onu qeyd etdi ki, bu məsələni artıq İsrailin baş naziri Binyamin Netanyaxu və Fələstinin prezidenti Mahmud Abbas ilə müzəkirə edib.