16 Mart 2022 10:25
1 755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putini duelə çağıran “SpaceX”in qurucusu, “Tesla” şirkətinin baş direktoru İlon Mask Kremlin sahibini müdafiə etmək qərarına gələn Çeçenistan başçısı Ramzan Kadırovdan cavab alıb.

Teleqraf.com xəbər verir ki, Mask Kadırova ironik cavab verib.

Çeçenistan lideri Maskı “iş adamı və Tvitter bloqçusu”, Putini isə “dünya siyasətçisi, strateq, Qərbin və ABŞ-ın kabusu” adlandırıb. O, həmçinin “SpaceX”in qurucusunu “İlona” adlandıraraq Maska Çeçenistandakı bir neçə mərkəzdə, o cümlədən Rusiya xüsusi təyinatlı qüvvələri sıralarında təlim keçməyi təklif edib.

Mask Kadırova belə cavab verib: “Təklif üçün təşəkkür edirəm, amma belə böyük hazırlıq mənə üstünlük verəcək. Əgər o, (Putin - red.) dueldən qorxmursa, mən yalnız sol əlimdən istifadə etməyə razıyam. Və imzaladı: İlona”.

O, hətta Tvitterdə adını “İlona Mask” olaraq dəyişdirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər