16 Mart 2022 10:01
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibənin 20-ci gününün sonunda rus qoşunları Ukrayna Silahlı Qüvvələrinin qruplaşmalarını darmadağın etmək, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq və digər tapşırıqları yerinə yetirə bilməyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Baş Qərargah vurğulayıb ki, Rusiya əməliyyatın ilk ongünlüyündə itki verən taktiki dəstələrinin əvəzinə, xarici ölkə vətəndaşları arasından muzdluları döyüşlərə cəlb etməklə qoşunlarını gücləndirməyə çalışır.

Bundan əlavə, qeyd edilib ki, Rusiyanın hərbi rəhbərliyi ölkədəki ali hərbi təhsil müəssisələrinin kursantlarını əməliyyatlara cəlb etmək üçün məktəblərdən azad etmək qərarına gəlib.

Baş Qərargahın son məlumatına görə, rus ordusu Ukraynaya göndərdiyi hərbi qüvvələrinin 40%-ə qədərini itirib, həmin qüvvələr ya tamamilə məhv edilib və ya döyüş qabiliyyətini itirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər