Ukraynanın Müdafiə naziri Aleksey Reznikov NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, Reznikov bu iclasda Ukraynanın hava və raket əleyhinə müdafiə ləvazimatları ilə təmin olunması məsələsini qaldıracaq.
“Martın 16-da Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda qlobal təhlükəsizlik vəziyyətini müzakirə edəcəyəm. Ümid edirəm ki, NATO-nu bürokratiyanı sadələşdirməyə və Ukraynaya hərbi yardımın göstərilməsini sürətləndirməyə inandıracağam. Xüsusilə hava və raket hücumundan müdafiə məsələləri qaldırılacaq”, - Reznikov Tvitter səhifəsində yazıb.