16 Mart 2022 12:35
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin hakimiyyəti Ukraynadakı müharibə fonunda artıq Rusiyaya iqtisadi yardım göndərmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ və Çin nümayəndə heyətləri arasında Romadakı danışıqlarla bağlı məlumat əldə edən “The Guardian” qəzetinin mənbələri bildirib.

Danışıqların gedişi ilə tanış olduğunu bildirən qəzetin həmsöhbəti görüşün nəticəsini “mənfi” adlandırıb:

“Əvvəlcə Çini mövqeyinə yenidən baxmağa məcbur etmək vacibdir. Amma biz belə bir şeyin əlamətini görmürük. Onlar artıq qərara gəliblər ki, Rusiyaya iqtisadi və maliyyə dəstəyi verəcəklər və bu barədə görüşdə danışıblar”.

“The Guardian”ın başqa bir mənbəsi isə deyib ki, Pekin Moskva ilə əməkdaşlığa ciddi yanaşır, bu təşəbbüs də Çin lideri Si Cinpindən gəlib.

Onun sözlərinə görə, Cinpin və Rusiya Prezidenti Vladimir Putini ABŞ-a despot baxışları birləşdirir və hər iki lider ABŞ-ın qlobal hökmranlığına son qoymaqda qərarlıdır.

Bundan əvvəl “Financial Times” ABŞ-dakı mənbələrə istinadən yazıb ki, Ukraynada işğalçı müharibə aparan Rusiya Çindən hərbi yardım istəyib. Kreml və Pekin bu məlumatı təkzib edib.


Müəllif: Mənsur Rəğbətoğlu