16 Mart 2022 13:54
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ordusu Buça Şəhər Şurasının inzibati binasını dağıdıb və bir neçə nəfəri əsir götürüb.

Teleqraf.com xəbər verir ki, Şəhər Şurasından bildirilib ki, meriyanın əməkdaşları və atəş altında qalan şəhər sakinlərinə axıra qədər kömək edən könüllülər əsir götürülüb.

“İşğalçılar ayrılarkən əsir götürdüyü şəxslərin pasportlarını və digər sənədlərini atıblar. Biz Ukrayna Prezidentinin Aparatından, Nazirlər Kabinetindən xalqımızın azad edilməsinə köməklik göstərmələrini xahiş edirik”, - Şəhər Şurasının bəyanatında deyilir.

Qeyd edək ki, əsir alınan şəxslər bunlardır: Qapçenko Dmitri Aleksandroviç, Çerkassky Leonid Efimoviç, Qaraçı Nikolay Vladimiroviç, Yuşşenko Anatoli Viktoroviç, Umanets Vladimir Aleksandroviç, Matyuk Sergey Aleksandroviç.

Əvvəllər Kiyev regional dövlət administrasiyasının rəhbəri işləyən Aleksey Kuleba Buçanın Kiyevin ən təhlükəli əraziləri arasında olduğunu qeyd etmişdi.


Müəllif: Nemət

Oxşar xəbərlər