16 Mart 2022 17:34
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus hərbi qüvvələrinin Ukraynanın Luqansk vilayətinin Severodonetsk, Rubijne və Lisıçansk şəhərlərinə hücumu gecə saatlarında onlarla ev yandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

“Rusiya işğalçıları növbəti dəfə Luqansk vilayətinin Rubejnoye, Severodonetsk və Lisıçansk şəhərlərini işğal etmək istəyiblər. Düşmən dinc əhalini atəşə tutmaqda davam edir. İşğalçılar həm gecə, həm də gündüz zərbələr endirirlər, gecə ərzində onlarla ev yandırılıb”, - məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, Severodonetsk, Rubijne və Lisiçanskda çox sayda mülki şəxs həlak olub və yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər