16 Mart 2022 16:45
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya günahsız insanları girov götürən terrorçuya çevrilib və o, buna görə utanmır”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Dünən gecə işğalçılar Buça Şəhər Şurasında 6 nəfəri girov götürüblər. Razılaşdırılmış humanitar dəhlizdə əsir götürülən ukraynalı xilasedici də əsir saxlanılır. Bir neçə şəhərimizin bələdiyyə sədri, fəallar, jurnalist girov saxlanılır. Rusiya dövləti açıq-aşkar terrorçuya çevrilib. Və o, utanmır”, - Zelenski qeyd edib.

Bununla belə, onun sözlərinə görə, Rusiya əməllərinə görə məsuliyyət daşıyacaq:

“Dünya artıq başa düşməyə başlayıb ki, Rusiya terrorçu dövlət kimi tanınmasa, Ukrayna üçün ədaləti bərpa etmək mümkün olmayacaq. Beynəlxalq asayişi bərpa etmək mümkün olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər