16 Mart 2022 23:56
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Rusiyaya silah satışı ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, “Disclose” saytının 2014-cü ildə Avropa Birliyinin silah embarqosuna baxmayaraq, Fransanın Rusiyaya 2020-ci ilə qədər silah tədarükünü davam etdirdiyi xəbəri ilə bağlı suala cavabında Makron Parisin beynəlxalq hüquqa uyğun hərəkət etdiyini bildirib.

Rusiya ilə bəzi hərbi müqavilələrinin ləğv edildiyini deyən Makron “Disclose” saytındakı silah satışı müqavilələri ilə bağlı məlumatların Fransa tərəfindən gizlədilmədiyini və bunun onun öhdəliklərinə uyğun olduğunu söyləyib:

“2014-cü ildəki qərarları mən verməmişəm, amma Fransanın maraqları üçün bunları müdafiə edəcəyəm”.

Makron Ukrayna Prezidenti Vladimir Zelenski ilə daimi təmasda olduğunu və müharibə ilə bağlı konkret nəticə ola biləcəyini düşündüyü zaman bu ölkəyə səfər edə biləcəyini deyib.

“Disclose”-nin yaydığı məlumata görə, Fransa 2015-2020-ci illərdə Rusiya ordusunu ən müasir hərbi texnika ilə təchiz edib, beləliklə də bu ölkənin quru və hava qüvvələrini modernləşdirib. Fransa 2015-ci ildən bəri Rusiyaya 76 döyüş texnikası tədarük edib. Bu avadanlıqların dəyərinin 152 milyon avro olduğu bildirilir. Rusiyaya satılan avadanlıqlar arasında 1000-dən çox rus tankını təchiz etməyə yönəlmiş termal kameralar, Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri üçün naviqasiya sistemləri var. Bu avadanlıqlar Fransa hökumətinin ən mühüm tərəfdaşı olan “Thales” və “Safran” şirkətləri tərəfindən satılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər