"Ukrayna Beynəlxalq Ədalət Məhkəməsində Rusiyaya qarşı iddiasında tam qələbə qazanıb".
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Twitter"də bildirib.
"Beynəlxalq Ədalət Məhkəməsi işğalı dərhal dayandırmağı tələb edir. Bu qərar beynəlxalq hüquq çərçivəsində məcburidir. Rusiya dərhal buna əməl etməlidir. Sərəncama məhəl qoymamaq Rusiyanı daha da təcrid edəcək", - Zelenski deyib.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsinin yaydığı sənədə görə, Rusiya Federasiyası iş üzrə yekun qərara qədər, 24 fevral 2022-ci il tarixində Ukrayna ərazisində başladığı hərbi əməliyyatları dayandırmalıdır.
Bundan əlavə, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın hərbi dəstək verməklə bağlı Rusiya Federasiyasına müraciəti barədə bəyanatını xatırladaraq, məhkəmə hesab edir ki, Rusiya Federasiyası, həmçinin təmin etməlidir ki, onun rəhbərlik etdiyi və ya dəstəklədiyi hər hansı hərbi və ya qeyri-qanuni silahlı birləşmələr, habelə onun nəzarətində və ya rəhbərliyi altında olan hər hansı təşkilat və şəxslər bu hərbi əməliyyatların davam etdirilməsi üçün heç bir addım atmasınlar.