17 Mart 2022 00:13
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ yaxın günlərdə Rusiyaya qarşı sanksiya siyahısını xeyli genişləndirmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evdəki mənbə məlumat yayıb.

Məlumata görə, sanksiyalar Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafındakı yüksək rütbəliləri də əhatə edəcək.

Belə ki, sanksiya siyahısı Ukrayna Prezidenti Volodımır Zelenskinin ötən həftə prezident Cozef Baydenlə telefon söhbəti zamanı çatdırdığı təkliflərə əsasən tərtib edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər