17 Mart 2022 08:16
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya yüksək sürətli "Starstreak"ləri Ukraynaya təhvil verib.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

Nazir "Starstreak" yüksək sürətli hava hücumundan müdafiə sistemlərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verildiyini təsdiqləyib.

"Bu sistemlər Ukrayna qüvvələrinə səmalarını daha yaxşı qorumağa imkan verir və 5 km-ə qədər yüksəklikdəki hava hədəflərini vura bilir”, - Uolles qeyd edib.

Müdafiə naziri bildirib ki, Britaniya artıq Ukraynaya 3 615 tank əleyhinə silah tədarük edib və tezliklə "Javelin" tank əleyhinə raketlərin kiçik partiyasını tədarük edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər