17 Mart 2022 11:53
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Rusiya qoşunlarının Dnestryanı bölgədən çıxarılmasının tərəfdarı olub.

Teleqraf.com xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu bildirib.

Prezident deyib ki, Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasını həmişə tələb ediblər: “Sursatların utilizasiyasını tələb etmişik və tələb etməkdə davam edirik. Biz bu münaqişənin sülh yolu ilə həllinə çağırmaqda davam edirik. Diplomatik, siyasi, sülh yolu ilə həll yolu tapmaq və həyata keçirmək üçün mümkün olan hər şeyi edəcəyik”.

Məlumat üçün deyək ki, separatçı Dnestryanı qurum 1990-cı il sentyabrın 2-də əsasən rusdilli əhalinin yaşadığı Dnestr çayının sol sahilindəki Moldova ərazilərində yaradılıb. Rəsmi Kişnyov bölgədə olan rus sülhməramlılarının çıxarılmasını tələb etsə də, Moskva bu tələblərə ciddi yanaşmır.


Müəllif: Nemət

Oxşar xəbərlər