17 Mart 2022 15:05
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” Çində istehsalını dayandırıb.

Teleqraf.com xəbər verir ki, Çində yenidən karantin qaydalarının tətbiq edilməsi səbəbilə şirkət istehlakçılarına mesaj göndərərək Şanxay fabrikində istehsalın 2 gün müddətinə dayandırıldığı bildirib.

Nəticədə 24 saat fasiləsiz işləyən fabrikdə çərşənbə və cümə axşamı istehsalat olmayacaq.

Qeyd edək ki, “Tesla”nın Şanxay fabriki Çin bazarı üçün avtomobillər istehsal edir. Fabrik həm də Almaniya və Yaponiya üçün mühüm ixrac mərkəzi rolunu oynayır. Çin Sərnişin Avtomobilləri Assosiasiyasının məlumatlarına görə, şirkət fevral ayında 56 515 avtomobil istehsal edib, onlardan 33 315-i ixrac olunub.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər