17 Mart 2022 13:20
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada Rusiya ordusunun itkiləri hərbi əməliyyatları davam etdirmək iradəsini məhv edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mediası Pentaqona istinadən bildirir.

Hesablamalara görə, Rusiya Federasiyasının Ukraynada itkiləri 7000 ölü və 14-21 minə qədər yaralıdır.

Qeyd edilir ki, bu, İraq və Əfqanıstanda 20 il ərzində öldürülən ABŞ hərbçilərinin ümumi sayından çoxdur.

ABŞ rəsmilərinin fikrincə, cəmi üç həftəlik döyüşlərdə bu heyrətamiz sayda itki Rusiya bölmələrinin, o cümlədən tank birləşmələrindəki əsgərlərin döyüş effektivliyinə təsir edir.

Pentaqon qeyd edir ki, ölənlər və yaralananlar da daxil olmaqla bir bölmənin 10 faiz itkisi onu döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətini itirir.

Pentaqon rəsmiləri həmçinin vurğulayıblar ki, müharibədə itkilərin sayının artması hərbi əməliyyatları davam etdirmək iradəsini məhv edə bilər.

Onların sözlərinə görə, nəticə Co Bayden administrasiyasının yüksək rütbəli məmurlarının gündəlik oxuduqları kəşfiyyat hesabatlarında göstərilir.


Müəllif: Nemət

Oxşar xəbərlər