17 Mart 2022 14:38
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mariupol şəhərindəki Dram Teatrının binası Rusiya ordusu tərəfindən vurulub. Həmin vaxt çoxsaylı mülki insan teatrdan sığınacaq kimi istifadə edirmiş. Bombardman zamanı da binanın sığınacağında çox sayda insan olub.

Teleqraf.com xəbər verir ki, möcüzə sayəsində binada olan insanların sağ qaldığı və torpağın altından çıxmağa başladığı haqda xəbərlər var.

Ukraynanın xalq deputatı Sergey Taruta sosial şəbəkədə bildirib ki, bombardman zamanı teatrın sığınacağındakı insanlar sağ qalıb.

“Müharibənin 22-ci gününün səhəri dəhşətli qeyri-müəyyənlik gecəsindən sonra nəhayət Mariupoldan xoş xəbər! Bomba düşən sığınacaqdakılar sağ qalıb. Dağıntılar sökülməyə başladı, insanlar çıxarılır!”,- deputat yazıb.

Qeyd edək ki, Mariupolun bombalanmasından sonra evlərini itirən vətəndaşların ən böyük sığınacağı Dram Teatrı olub.

Rusiya Müdafiə Nazirliyi isə elan edib ki, teatr Azov alayının döyüşçüləri tərəfindən minalanıb və partladılıb.


Müəllif: Nemət