24 Noyabr 2014 10:07
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama növbəti prezident seçkilərində Hillari Klintonun qalib olacağına ümid edir.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, Obama növbəti prezident seçkilərində təmsil olunduğu Demokratlar partiyasının namizədinin qalib gəlməsini istədiyini deyib:

“Fikrimcə, Klintonun gözəl və bacarıqlı prezident olacaq. Biz dostluq münasibətlərimizi qoruyuruq. Ancaq o mənim bütün fikirlərimlə razılaşmır. Məncə gələcəkdə prezident olacaq şəxsin öz şəxsi fikirləri olmalıdır”.

Obama 2017-ci ildə baş tutacaq prezident seçkilərində rolunun çox təsirli olacağını bildirib.

Qeyd edək ki, Barak Obama 2008-ci ildə Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti olub. 2012-ci ildə yenidən seçkilərdə qalib gələn Obamanın mandatı 2016-cı ildə başa çatacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər