“Rusiya prezidenti Vladimir Putin müdrik və mədəni beynəlxalq xadimdir, ona görə də o, ABŞ prezidenti Co Baydenin onun haqqında səsləndirdiyi yolverilməz bəyanatlara cavab vermir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü Putinin onu "müharibə cinayətkarı" adlandıran Baydenə niyə cavab vermədiyinə aydınlıq gətirib.
“Prezidentimiz çox müdrik, uzaqgörən və mədəniyyətli beynəlxalq xadimdir və Rusiya Federasiyasının rəhbəridir”, - Peskov deyib.
Əlavə edib ki, cənab Baydenin bu cür bəyanatları qətiyyən yolverilməzdir, qəbuledilməzdir, bağışlanmazdır.