Ukrayna hərbçiləri Rusiya ordusunun komanda məntəqələrindən birini məhv ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç brifinq zamanı bildirib.
“Bu, böyük nailiyyətdir. Yəqin ki, bir neçə generalın məhv edilməsi və buna uyğun olaraq düşmənin hərbi əməliyyatlarının dayandırılması və təşkilatlanmaması deməkdir”, - deyə o bildirib.
Aretoviç onu da əlavə edib ki, gün ərzində Ukrayna Hərbi Hava Qüvvələri ənənəvi olaraq özünü ən yaxşısı kimi göstərib.
Eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin məhv edilmiş komanda məntəqəsinin dəqiq ünvanı açıqlanmayıb.