Rusiya və ABŞ İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq etməlidir.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı yeni səfiri Con Teft deyib. Onun sözlərinə görə, bu hər iki tərəfin maraqlarına cavab verən nəticələrin əldə edilməsinə imkan verəcək:
“Biz Yaxın Şərqdə birgə mübarizə aparmalıyıq. Bu mübarizə gələcəkdə İŞİD-in muzdlu döyüşçülərinin ölkələrimizə qayıtması ilə bağlı mübarizəmizə ciddi təsir edəcək”.
Teft qeyd edib ki, bu əməkdaşlıq İŞİD-in tezliklə məhvinə gətirib çıxaracaq.
Samir