17 Mart 2022 22:35
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq niyyətində deyil, çünki bu, Vaşinqtonun Rusiya ilə istəmədiyi münaqişəyə gətirib çıxarardı".

Teleqraf.com verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Slovakiyada keçirilən mətbuat konfransında bildirib.

“Bayden açıq şəkildə bildirdi ki, qüvvələrimiz Ukraynada döyüşməyəcək. Eyni zamanda, biz Ukraynanı və onun ərazisini qorumaq səylərini dəstəkləmək üçün mümkün olan hər şeyi edəcəyik”, - Pentaqonun rəhbəri deyib.

“Uçuşa qadağa zonasının yaradılması sizin Rusiya ilə döyüşlərdə iştirak etməyiniz deməkdir. Biz demişik, Rusiya ilə müharibə etməyəcəyik”, - Ostin vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər