“Son sutka ərzində müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakterində əhəmiyyətli dərəcədə dəyişiklik baş verməyib. Ukrayna Silahlı Qüvvələri ələ keçirilən müdafiə xətlərini möhkəmləndirməyə və saxlamağa çalışan düşmən qoşun qruplarına sarsıdıcı zərbələr endirməkdə davam edib”.
Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər saatlarına olan operativ əməliyyat məlumatında bildirilir.
Məlumatda deyilir ki, ötən sutka ərzində ukraynalı müdafiəçilər Rusiya Federasiyası Silahlı Qüvvələrinin 437-ci Təlim Alayının və 26-cı Tank Alayının bölmələrinin Ukrayna ərazisinə irəliləməsinin qarşısını alıb və qismən məhv edib, itkilər dəqiqləşdirilir.
Həmçinin ötən gün Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə məxsus bombardman və hücum təyyarələri Rusiya hərbi texnikasının kolonlarına ağır zərbələr endirib: "Zenit-raket qüvvələri və döyüş təyyarələri düşmənin 14 hava hədəfini -7 təyyarə, bir helikopter, 3 PUA və 3 qanadlı raketini vurub.
İşğalçılar insan resurslarını əhəmiyyətli dərəcədə tükəndirdiyinə -Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin vurduğu qarşısıalınmaz və sanitar itkilər, döyüş əməliyyatlarından və psixogen itkilərdən yayınmaq üçün özünü yaralama hallarına görə silahlı qüvvələrin komandanlığı Rusiya Federasiyası kadr məsələlərində güclü tədbirlər görməyə məcburdur. Onlar gizli səfərbərlik aparır, “könüllülər”, çağırışçılar və kursantlar, habelə Suriya Ərəb Respublikasından olan muzdluları cəlb edirlər.
Bəzi müvəqqəti işğal olunmuş ərazilərdə rus işğalçıları dinc əhaliyə ərzaq paylamaqla müsbət imic yaratmağa çalışırlar. Eyni zamanda, onlar Ukraynayönlü fəalları, dövlət qulluqçularını və onların ailə üzvlərini, habelə işğala qarşı müqavimət təşkil edə biləcək digər vətəndaşları fəal şəkildə axtarır və həbs edirlər. Düşmən itkilər verməkdə davam edir".
Məlumatda qeyd olunur ki, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin aşağı olması Rusiya Federasiyası silahlı qüvvələrinin hərbi qulluqçularının və muzdluların Ukraynaya qarşı müharibədə iştirakdan imtinalarının və fərarilik hallarının artmasına səbəb olur.