24 Noyabr 2014 10:54
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada Guerrero ştatında etirazçı tələbələr prezident Enrike Penya Nietoya istefa ərizəsini yazmaq üçün 6 gün vaxt veriblər.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, 43 tələbənin itkin düşməsindən sonra başlanan etiraz aksiyalarının ardından tələbələr prezidentə müraciət ediblər. Onlar müraciətlərinin qəbul olunmayacağı təqdirdə ölkənin bütün bölgələrində etiraz aksiyalarının kəskinləşəcəyini qeyd edirlər.

Qeyd edək ki, sentyabrın 26-da İquala ştatından 49 tələbəni gətirən avtobus Guerreronun keçmiş meri Jose Luis Abarca əmri ilə atəşə məruz qalıb. Nəticədə 6 tələbə həlak olub, 43 tələbə isə itkin düşüb.

Faktla bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, itkin tələbələr “Ortaq döyüşçü” quldur qruplaşması tərəfindən eks-merin həyat yoldaşının istəyi ilə oğurlanıb.

Samir


Müəllif: