İngiltərə müdafiə naziri Ben Uolles Ukrayna baş naziri olduğunu iddia edən bir şəxsin ona zəng etdiyini və onun bir neçə çaşdırıcı sualından şübhələndikdən sonra zəngi dayandırdığını bildirib.
Teleqraf.com xəbər verir ki, nazir bu barədə Tvitter hesabında yazıb.
“Bu gün Ukraynan baş naziri olduğunu iddia edən bir fırıldaqçı mənimlə danışmağa cəhd etdi. O, bir neçə çaşdırıcı sual verdi və mən şübhələndikdən sonra zəngi dayandırdı”, - Uolles deyib.
Rusiyanın heç bir dezinformasiyasının və çirkin oyununun onu insan haqlarını pozmasından və Ukraynanın işğalından yayındıra bilməyəcəyini bildirən Uolles bunu “ümidsiz cəhd” adlandırıb.
Uolles rəsmi danışıqlar aparmaq üçün Polşanın paytaxtı Varşavadadır.