24 Noyabr 2014 11:07
4 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın hüquq-mühafizə orqanları Daşkənddə tanınmış "Kolleman Models" model agentliyinin adı altında fəaliyyət göstərən sutenyorlar bandasını ifşa edib.

Teleqraf.com-un "İnterfaks"a istinadən xəbərinə görə, fahişəxanaya hətta yetkinlik yaşına çatmayan qızlar da cəlb edilib. Özbəkistan DİN-in Baş İdarəsinin məlumatına görə, burada fahişəliyə cəlb edilən ən gənc qızlar 13-14 yaşlarındadır. Onlar kollecdə təhsil almaqla yanaşı seks xidməti ilə məşğul olublar. Fahişəliklə məşğul olan təşkilatın fəaliyyətinə dair faktlar gizli polis agentinin iştirakı ilə aparılan əməliyyat sayəsində mümkün olub.

"DİN-in Baş İdarəsininin əməkdaşı oraya müştəri qismində gedib. Ondan 4 qızın seks xidməti göstərməsi üçün 1,6 min dollar tələb ediblər", - DİN-dən bildiriblər.

Model agentliyi direktorunun kabinetinə baxış zamanı orada 500-dən artıq qızın fotoları aşkar edilib. Onlar imkanlı adamlara seks xidməti göstəriblər. Orada VİP-bordelin xidmətindən yararlanan müştərilərin siyahısı da tapılıb.

Təhqiqatlar zamanı "model agentliyi"nin orada çalışan qızları fahişəlik etmək üçün Cənubi Koreyay göndərdiyi də müəyyən edilib.

Nihad


Müəllif:

Oxşar xəbərlər