18 Mart 2022 16:19
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın müqaviməti ilə iqtisadi sanksiyaların birləşməsi Rusiyanın müasir yüksək dəqiqlikli döyüş sursatları istehsal etmək qabiliyyətini təhdid edir. Ukraynanın Rusiyanın işğalına qarşı müqaviməti davam edərsə, Rusiya Prezidenti Vladimir Putin Qərbi nüvə silahından istifadə etməklə hədələyə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə istinadla məlumat yayıb.

“Ukrayna ərazisinin bir hissəsinin uzun müddət işğalı Rusiya qoşunlarını tükənmə və modernləşdirilmiş silah arsenalının azalması ilə hədələyir, iqtisadi sanksiyalar isə uzunmüddətli iqtisadi depressiyaya və diplomatik təcridə gətirib çıxara bilər”, - Hərbi Kəşfiyyatın direktoru, general-leytenant Skott Berrier deyib.

“Ukraynanın itaətsizliyi ilə iqtisadi sanksiyaların birləşməsi Rusiyanın müasir yüksək dəqiqlikli döyüş sursatı istehsal etmək qabiliyyətini təhdid edir: “Bu müharibə və onun nəticələri Rusiyanın gücünü yavaş-yavaş zəiflətdiyinə görə, Rusiya öz daxili və xarici auditoriyasına gücünü nümayiş etdirmək üçün güman ki, getdikcə daha çox nüvə çəkindirici qüvvəsinə arxalanacaq”, - hesabatda deyilir.

Pentaqon isə Prezident Co Bayden və Çin lideri arasında danışıqlar ərəfəsində risklərlə bağlı narahatlığını dilə gətirib. ABŞ rəsmiləri Çinin müharibə ilə bağlı mövqeyini anlamağa çalışsalar da, Bayden Moskvaya təzyiqi artırmaq və onu müharibəni dayandırmağa məcbur etmək üçün Pekinə müraciət edəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər