Rus ordusu Ukraynada demək olar ki, bütün raket və bəzi növ sursat anbarını istifadə edib.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iddia edib.
Məlumatda qeyd edilir ki, Ukraynada olan rus ordusunun arsenalındakı silah-sursat ehtiyatı qurtardığı üçün Rusiyada raket və hərbi texnika istehsalı ilə məşğul olan hərbi-sənaye kompleksi müəssisələri gecə-gündüz işlək rejimə keçid edəcək.