Separatçı Donetsk respublikasının xalq milisi Donetskin qərbində yerləşən Marinka şəhərinin azad edilməsi əməliyyatına başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə rus mediası separatçı rejimə istinadən bildirib.
“Qoşunlarımız irəliləyir, Marinkanın kənarına daxil olublar. İndi onlar yavaş-yavaş küçələri bütün quldurlardan, nasistlərdən təmizləyirlər”, - rus mediası separatçı rejimin polis zabitlərinin Teleqram kanalındakı çıxışına istinadən deyib.
Separatçı rejim elan edib ki, Marinkanın azad edilməsi Aleksandrovka, Petrovski və Donetskin Tekstilşçik rayonlarını Ukrayna ordusu tərəfinin atəşə tutması üçün əlçatmaz edəcək.