Ukraynaya yardım məqsədilə istehsal edilən “Zelenski oyuncaqları” qısa zamanda satılıb.
Teleqraf.com-un məlumatına görə, ABŞ-ın Çikaqo şəhərində oyuncaq firmalarından biri Ukraynada müharibədən zərərçəkənlər üçün ianə kampaniyası təşkil edib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin xarici görünüşünü əks etdirən oyuncağı istehsal edən firma hər nüsxəni 100 dollardan satışa çıxarıb. İçində Ukrayna bayrağının da olduğu müxtəlif oyuncaqlar isə 20 dollara satılıb.
İlk partiya oyuncaqların hamısı satılıb və ümumilikdə 145 min dollar yardım toplanıb.