Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsi sistemləri ötən gecə Rusiya ordusunun üç helikopterini vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.
“Rus qoşunları Ukrayna səmasındakı fəaliyyətini əhəmiyyətli dərəcədə azaldıb. Hava hücumundan müdafiə qüvvələri bu gecə rus nasistlərinin üç vertolyotunu vurub”, - məlumatda bildirilib.
Qeyd olunub ki, qarşıdakı planı yerinə yetirmək üçün Ukrayna Hərbi Hava Qüvvələri müttəfiqlərdən təkcə ukraynalı qəhrəmanlara bəyanatlar və alqışlar yox, həm də müasir hava hücumundan müdafiə sistemləri və qırıcıları gözləyir.
“Hazırda Hərbi Hava Qüvvələri 80-ci illərin silahları ilə işğalçıları uğurla məğlub edir və nasistlər bizə qarşı ən son silahlardan - həm sayca, həm də döyüş xüsusiyyətlərinə görə bizdən xeyli üstün olan hipersəs raketləri və təyyarələrdən istifadə edirlər. Partnyorlardan alınacaq müasir avadanlıqları istifadəyə verildikdə və səma nasist terrorizminə bağlandıqda vəziyyət kökündən dəyişə bilər”, - açıqlamada deyilib.