20 Mart 2022 10:42
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukraynaya qarşı nə qədər çox terror aktına əl atsa, bunun onun üçün bir o qədər pis nəticələri olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu və xalqı dünyanın müxtəlif regionlarında və müxtəlif şəraitində onillərlə savaşmış rus qoşunlarından daha peşəkar döyüşür.

“Biz onların Ukraynaya göndərilən çoxlu sayda texnikası və əsgərinə cəsarətlə cavab veririk. Bura, rus hərbçilərinin və onların komandirlərinin özlərini göstərdiyi yerdir - onlar öz bacarıqsızlıqlarını, öz xalqını sadəcə qırğına sövq etməyi bacardıqlarını göstərirlər. Altı dəfə hərbçilərimiz Çornobayivka yaxınlığında işğalçıları məhv etdilər. Altı dəfə! Və yenə də ora gəlirlər. Çernobayivka döyüşləri tarixə düşəcək”, - Zelenski bildirib

Prezident vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri bütün əsas istiqamətlərdə rus ordusunun qarşısını almaqda davam edir: “Rus qoşunlarına görülməmiş itkilər verir. İşğalçıların bəzi hissələrinin 80-90 faizi məhv edilib. Xüsusilə şiddətli döyüşlərin getdiyi müdafiəmizin ön xətti rus hərbçilərinin cəsədləri ilə doludur. Bu meyitləri, bu cəsədləri heç kim götürmür”.

Zelenski rus qoşunlarının Ukraynada 14 mindən çox hərbçisinin öldüyünü bildirib:

“Yaxşı bilirik ki, Rusiyanın dibsiz insan resursu və çoxlu texnikası, raketləri və aviabombaları var. Amma mən Rusiya vətəndaşlarından soruşmaq istəyirəm: sizə nə olub, itkilərinizi görmürsünüz? “Oğul”, “ana”, “ata” sözləri artıq sizin üçün nəsə ifadə edirmi?

Artıq 14 000-dən çox hərbçiniz həlak olub. Bu, 14 min ana deməkdir. Bu, həm də dost, qadın, uşaq deməkdir. Bu, 14 min ata deməkdir. Siz bunu hiss etmirsiniz? Qurbanlar daha çox olacaq. Çünki bu müharibə hələ də davam edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər