20 Mart 2022 18:07
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın yeni seçilmiş prezidenti Yun Sok Yol iqamətgahını “Mavi Ev”dən Seuldakı Müdafiə Nazirliyinin binasına köçürmək qərarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yönhap” xəbər agentliyi dövlət başçısından sitat gətirib.

“Mənə məlumdur, bəziləri ehtiyat edir ki, biz hərəkətə keçməkdə bir qədər tələskənlik etmiş oluruq, mənim vəzifə səlahiyyətlərimi həyata keçirməyə başlamağıma 50 gün qalıb. Buna baxmayaraq, mən inanıram ki, “Mavi Ev”ə, bu mütləqiyyət simvoluna girməmək daha yaxşı olacaq”, - deyə o bildirib.

Martın 10-da Cənubi Koreyada keçirilən prezident seçkisində müxalif “Vətəndaş gücü” partiyasının namizədi Yun Sok Yolun qalib gəldiyi açıqlanıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər