20 Mart 2022 16:29
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan rəhbəri Sərdar Berdiməhəmmədov Nazirlər Kabinetinin ölkənin yeni seçilmiş prezidenti qarşısında istefasını tam tərkibdə qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Turkmenportal” məlumat yayıb.

Yeni dövlət başçısı bu barədə qərarı andiçmə mərasimindən sonra imzalayıb.

Türkmənistan Nazirlər Kabinetinin istefaya göndərilmiş üzvlərinə yeni hökumət formalaşana qədər öz rəsmi vəzifələrini yerinə yetirmək tapşırılıb.

Xatırladaq ki, ötən gün Sərdar Berdiməhəmmədovun andiçmə mərasimi baş tutub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər