20 Mart 2022 15:20
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya NATO-ya daxil olarsa, bu, Avropada vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Ninistö deyib.

Onun sözlərinə görə, ABŞ və İsveçlə müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi variantı da var.

“Bu alternativin üstünlüyü odur ki, təhlükəsizliyimiz yaxşılaşacaq. Sabitliyimizin qorunduğundan və təhlükəsiz mühitdə yaşadığımızdan əmin ola bilərik”, - Ninistö bildirib.

Ninistö finlərin niyə NATO-ya üzv olmaq istədiklərini anladığını deyib, eyni zamanda, hesab edir ki, belə bir qərarın mənfi nəticələrindən çəkinir.

Finlandiyanın “Yle” dövlət televiziyasının sorğusuna əsasən, ölkə əhalisinin 62 faizi NATO-ya qoşulmağın tərəfdarıdır. Cəmi 16 faiz bunu istəmir.

Rusiya Finlandiya və İsveçə NATO-ya üzvlüklə bağlı xəbərdarlıq edib. Rəsmi Moskvaya görə, bu iki qonşu ölkə hərbi alyansa qoşulsa, bunun mənfi nəticələri olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər