20 Mart 2022 16:15
12 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ukrayna ilə davam edən hərbi-texniki əməkdaşlığa baxmayaraq Rusiyanın S-400 sistemlərinin Kiyevə verilməsinə getməyəcək.

Teleqraf.com xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Boris Dolqov belə hesab edir:

“S-400 sistemlərinin Türkiyədən Ukrayna tərəfinə təhvil verilməsinə gəlincə, bunun olacağını düşünmürəm. Çünki bu, qatı anti-Rusiya fəaliyyəti olar. Türkiyənin buna gedəcəyi ehtimalı azdır.

Baxmayaraq ki, Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı davam edir və Türkiyədən Ukraynaya müxtəlif silah sistemləri ötürülüb. İndi də belə xəbərlər var. Amma S-400 ilə bağlı təkrar edirəm ki, Türkiyənin razılaşacağı ehtimalı yoxdur”.

Bundan əvvəl “Reuters” xəbər vermişdi ki, ABŞ Türkiyəyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini Ukrayna qoşunlarına təhvil verməyi təklif edir.

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, sovet S-300-lərinin başqa ölkələrdən Ukraynaya verilməsi qeyri-mümkündür, Moskva buna imkan verməyəcək.

Slovakiyanın müdafiə naziri Yaroslav Nad S-300 hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməyə hazır olduqlarını bildirib.


Müəllif: Səxavət