Şimali Koreya qısamənzilli reaktiv yaylım atəşi sistemindən Cənubi Koreya istiqamətində dörd dəfə atəş açıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
“Bu səhər Şimali Koreyadan qumbaraatanlardan atəş açılıb, hərbçilərimiz vəziyyətə nəzarət edir və hazırlıq vəziyyətindədirlər”, - Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilib.
Olayla bağlı əlavə təfərrüat verilməyib.
Məlumatda qeyd edilib ki, Şimali Koreya ordusu səhər saat 7:20 radələrində Cənubi Pxenyan əyalətinin naməlum nöqtələrindən qərb sahillərinə - Cənubi Koreya istiqamətində doğru dörd dəfə atəş açıb.
Cənubi Koreya Milli Təhlükəsizlik Şurası atışlarla əlaqədar təcili iclas keçirib.