21 Mart 2022 08:04
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi qüvvələri Kreminada qocalar evini gülləbaran ediblər, nəticədə 56 nəfər öldürülüb, 15 nəfər isə qaçırılaraq müvəqqəti işğal olunmuş əraziyə aparılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Luqansk regional administrasiyasının rəhbəri Sergery Xayday məlumat yayıb.

“Rus işğalçıları Kreminnadakı qocalar evini tankdan atəşə tutublar. Onlar tankı qocalar evinin qabağında saxlayıb atəş açmağa başladılar. Həmin vaxt içəridə olanlardan 56 nəfər hadisə yerindəcə həyatını itirib. Sağ qalan 15 nəfər isə işğalçılar tərəfindən qaçırılaraq Svatovedəki işğal olunmuş əraziyə aparılıb”, - Xayday bildirib.

Onun sözlərinə görə, hələ də faciə yerinə getmək mümkün deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər