20 Mart 2022 22:17
2 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dinc şəhərləri vurmaq üçün dağıdıcı artilleriya, “Kinjal” və “Bastion” sistemlərindən istifadə edir və KTMT ölkələrindən kömək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.

“Müharibənin 25-ci günü. Rusiya hücumlarındakı uğursuzluqlar səbəbindən daha dağıdıcı artilleriyaya keçib: dinc şəhərləri vurmaq üçün “Kinjal” və “Bastion” sistemlərindən istifadə olunur. Rusiya həm də canlı qüvvə ehtiyatları ilə bağlı panikaya düşüb, KTMT ölkələrini razı salmağa çalışır”, - Podolyak bildirib.

KTMT-yə Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarus daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər