21 Mart 2022 01:41
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq üçün fəal səylər göstərir. İlkin olaraq Ukraynada humanitar atəşkəsin, sonra isə uzunmüddətli atəşkəsin təmin edilməsi lazımdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyənin Rusiya ilə dostluq münasibətləri ədalətin bərqərar olması yolunda Ankara üçün maneə deyil.

Nazir qeyd edib ki, müəyyən illərdə Suriya və Liviyada Türkiyə ilə Rusiya arasında çətin dövrlər yaşanıb.

"Ukrayna məsələsində biz münaqişənin qaynar fazasının başlamasının qarşısını almaq üçün fəal səylər göstərdik. Müharibə atəşi söndürülməsə, bütün tərəflər zərər görəcək", - deyə M.Çavuşoğlu vurğulayıb.

Diplomatiya rəhbəri bildirib ki, Rusiya ilə Ukrayna arasında danışıqlarda irəliləyiş var və tərəflər əsas məsələlər üzrə razılığa gəlməyə yaxındırlar:

"Eyni zamanda, Rusiya Federasiyası və Ukrayna prezidentlərinin Türkiyədə və ya başqa bir ölkədə görüşünün təşkili vacibdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər