Qazaxıstanın Şimali Qazaxıstan vilayətinin prokurorluğu Petropavlovsk sakinlərini istilik elektrik stansiyasında borunun qismən çökməsi faktı ilə bağlı yoxlanılmamış məlumatlara etibar etməməyə çağırır.
Teleqraf.com-un məlumatına görə, prokurorluqdan bildiriblər ki, dağıntılar altında qaldığı ehtimal edilən maşinistin xilasetmə və axtarış işləri davam edir.
"İstilik enerjisinin verilməsi adi rejimdə həyata keçirilir. Yalan məlumatların artması ilə əlaqədar olaraq vətəndaşları yalnız rəsmi mənbələrə etibar etməyə çağırırıq", - deyə prokurorluq qeyd edib