21 Mart 2022 10:07
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin ABŞ-dakı səfiri Sin Qan Ukraynaya qarşı müharibədə ölkəsinin Rusiyaya hərbi dəstəyinə dair xəbərləri təkzib edib və bunları “dezinformasiya” adlandırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində bildirib.

Səfir əmin edib ki, Çin Rusiya-Ukrayna müharibəsi tərəflərindən heç birinə silah-sursat vermir, yalnız ərzaq, dərman, yataq dəstləri və uşaq qidası göndərir.

Sin Qan vurğulayıb ki, bütün ölkələrin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir. Çin isə tərəfləri dərhal atəşkəs və sülh danışıqlarına keçməyə çağırır.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Cinpin arasında onlayn danışıqlar olub. Söhbət iki saata yaxın davam edib. Danışıqlarda əsas məsələlərdən biri Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə bağlı olub.

Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, Bayden və Cinpin arasında danışıqlardan sonra Vaşinqton Çinin Ukraynaya qarşı Rusiyaya müəyyən dəstək verə biləcəyindən narahatdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər