21 Mart 2022 11:02
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi ölkələri beşinci sanksiyalar paketi çərçivəsində Rusiya neftinə embarqo tətbiq etməyi nəzərdən keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” rəsmi mənbələrə istinadən məlumat yayıb.

“Biz beşinci sanksiyalar paketi üzərində işləyirik və bir çox yeni təkliflər var”, - rəsmi mənbə agentliyə bildirib.

Müzakirələrin qapalı aparıldığını deyilir.

AB digər Qərb ölkələri ilə birlikdə artıq Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması da daxil olmaqla bir sıra sanksiyalar tətbiq edib.

Yeni müzakirələrlə AB-nin 27 ölkəsi ABŞ və Böyük Britaniya kimi Rusiya neftindən imtina etmək üçün ən çətin seçim qarşısında qalır. Diplomatik mənbələr “Röyter”ə bildiriblər ki, Baltikyanı ölkələr, o cümlədən Litva növbəti məntiqi addım kimi embarqoda israr edir, Almaniya isə bir qədər ehtiyatlıdır.

Moskva xəbərdarlıq edib ki, AB-nin Rusiya neftinə qarşı sanksiyaları onu Avropaya gedən qaz kəmərini bağlamağa vadar edə bilər. AB qazının 40%-ni Rusiyadan alır. Bu baxımdan, AB-də Rusiyadan ən asılı ölkə Almaniyadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər