21 Mart 2022 11:46
1 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya hücumları davam etdiyi vaxtda Yunanıstanın Mariupol şəhərindəki baş konsulu Manolis Androlakis “Odisseya” adlı xüsusi əməliyyatla təxliyə edilib.

Teleqraf.com xəbər verir ki, Rusiyanın bombardmanı altında olan Mariupoldan çıxarılan Androlakis Yunanıstanın paytaxtı Afinaya gətirilib.

Mariupolda qarşılaşdığı anlarla bağlı jurnalistlərə qısa açıqlama verən konsul deyib: “Əsl qəhrəmanlar geridə qalanlar və həyata tutunmağa çalışanlardır. Baş verənlər faciədir. Bu sağalması çox çətin olan travmadır. Gördüklərimi izah etmək mümkün deyil. Onlar Mariupol və onun əhalisini xəritədən sildilər”.

Androulakis açıqlamasında xilasetmə əməliyyatına Yunanıstan Xarici işlər naziri Nikos Dendiasın şəxsən rəhbərlik etdiyini də açıqlayıb.

Mariupolda davam edən bombardmanların ən ağır günlərində Androlakis uzun müddət bunkerdə əsas ehtiyaclardan məhrum yaşayıb. Yerli mətbuatda bəzən əsir götürüldüyü xəbərləri də yayılıb. Bundan əlavə, yunan siyasətçi müharibə başlayandan sonra Ukraynada qalan sonuncu Qərb diplomatı olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər