Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ilə Ukrayna arasında danışıqların dinamikası barədə danışıb.
Teleqraf.com-un məlmatına görə, danışıqların hansı mərhələdə olması ilə bağlı sualı cavablandıran D.Peskov qeyd edib ki, irəliləyiş dərəcəsi istənilən kimi deyil, Ukrayna tərəfi üçün isə vəziyyətin inkişaf dinamikasının tələb etdiyi qədər arzuolunan deyil.
“Bir daha təkrar edirəm – Rusiya tərəfi Ukrayna tərəfinin danışıq aparan şəxslərindən daha sürətli və məzmnulu işləməyə hazır olduğunu nümayiş etdirir”, - o əlavə edib.