Rusiya Prezidenti Vladimir Putinlə eyni hərbi proqram çərçivəsində təlim keçdiyini iddia edən keçmiş rusiyalı agent Aliya Roza öz fəaliyyətindən danışıb. Putinin keçmiş casuslarından biri olduğunu iddia edən Roza 18 yaşında Moskva yaxınlığındakı akademiyada seks texnikaları üzrə təlim keçdiyini deyib.
Teleqraf.com xəbər verir ki, illərlə Putinin yanında işlədiyini bildirən keçmiş casus hərbi akademiyada ona ən yaxşı cinsi əlaqənin necə olduğunun öyrədildiyini söyləyib.
37 yaşlı Aliyanın sözlərinə görə, 18 yaşında silah və döyüş sənətləri ilə yanaşı, ən yaxşı yoldan çıxarmaq üsulları ilə silahlandırıldıqdan sonra “mükəmməl əsgər” olub.
Roza mafiya liderlərinin sirlərini açmaq üçün xüsusi missiyalarda casusluq etdiyini iddia edib: “Bunun üçün seks təlimi həqiqətən vacib idi. Çünki mən ən yaxşı sevgili olmalıydım. Əks halda mafiya liderlərini necə şirnikləndirə bilərdim?”
Casusluq fəaliyyətinə son qoyduqdan sonra Kaliforniyada 15 milyon funt-sterlinq dəyərində malikanədə yaşayan Roza özünə tamam başqa həyat seçib. İndi onun öz moda brendi var. Əvvəlki işi ilə bağlı təfərrüatları bölüşməkdən çəkinmədiyini deyən Roza narkotik şəbəkəsinin lideri ilə eşq yaşadıqdan sonra rus casusu olduğunun ifşa edildiyini bildirib.
İşinin təfərrüatları haqda danışan Roza ən önəmli məqamın seksuallıq olduğunu söyləyib: “İnsanı nəinki sizinlə yaxşı rəftar etməyə, həm də sizə istədiyiniz məlumatı vermək üçün aşiq olmağa məcbur etməlisiniz. Bunun üçün insan sizə güvənməlidir”.