21 Mart 2022 21:56
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı ölkələrinin xarici işlər və müdafiə nazirləri Aİ-nin tarixində ilk dəfə iki ildən artıqdır hazırlanan "Aİ-nin Strateji Kompası" müdafiə konsepsiyasını təsdiqləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "TASS"a diplomatik mənbə xəbər verib.

Məlumata əsasən, "Aİ-nin Strateji Kompası" xüsusilə Avropa İttifaqı tərəfindən sayı 5 min nəfərə qədər olan Çevik Hərəkat Dəstəsinin yaradılmasını nəzərdə tutur.

Sözügedən konsepsiyanın yekun qəbulu Aİ-nin martın 24-25-də keçiriləcək sammitində baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər