22 Mart 2022 00:38
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Cozef Bayden NATO-nun martın 24-də Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində ikitərəfli görüş keçirəcək.

Teleqraf.com xəbər verir ki, liderlər əsasən Ukrayna məsələsini müzakirə edəcəklər.

Türkiyə Prezidentinin sammit çərçivəsində digər liderlərlə də ikitərəfli və üçtərəfli görüşləri olacaq.

Türkiyə və ABŞ-ın dövlət başçıları sonuncu dəfə martın 10-da telefonla danışıblar. Söhbət zamanı Rusiyanın Ukraynaya hücumu da daxil olmaqla regional hadisələr, Türkiyə-ABŞ münasibətləri müzakirə edilib.

Rusiya ilə Ukrayna arasında siyasi həllə nail olmaq üçün səylərini davam etdirdiklərini ifadə edən Ərdoğan böhranın dərinləşəcəyi təqdirdə Türkiyənin tərəflər arasında vasitəçi olmasının vacibliyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər