22 Mart 2022 08:33
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 24-də keçiriləcək G7, NATO və Aİ liderlərinin sammitlərində Ukraynanın mövqeyi qətiyyətlə səsləndiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

"Mən bu gün Niderlandın baş naziri Mark Rütte və Fransa prezidenti Emmanuel Makronla danışdım. Avropada keçiriləcək mühüm sammitlər ərəfəsində mövqelərimizi əlaqələndiririk. Martın 24-də G7-nin, NATO və Avropa İttifaqı liderlərinin görüşləri keçiriləcək. Bizim mövqeyimiz aydındır. İnanın mənə mövqeyimiz qətiyyətlə səsləndiriləcək", - deyə V.Zelenski bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər