Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə müvəqqəti işğal olunmuş Donetsk, Luqansk və Krımla bağlı danışmağa hazır olduğunu, amma bu görüşün effektivliyinə şübhə etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Ukrayna lideri bu məsələlərin Kiyev üçün aktuallığını vurğulayıb.
“Rusiya prezidenti ilə görüşdə işğal olunmuş ərazilərlə bağlı məsələləri qaldırmağa hazıram. Bunlar bizim üçün aktualdır və çox vacibdir. Amma əminəm ki, bu görüşdə hər hansı qərar qəbul edilməyəcək”, - Zelenski vurğulayıb.
Bundan əlavə, Zelenski deyib ki, Putinlə görüş olmadan tərəflərin bir-birini başa düşməsi mümkün olmayacaq.