Ukraynada rus hərbçilərinin kütləvi ölümünü gizlətməyə çalışan Rusiya təbliğatı yalan üzərində qurulub.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Rusiya Müdafiə Nazirliyi Ukraynada 500 yox, 9861 nəfərin öldüyünü rəsmən etiraf etmək məcburiyyətində qaldı. Bu, çox şey deməkdir. Rus təbliğatı üçün fəlakətli etirafdır, eləcə də rus anaları üçün. Bu isə onların milli fəlakətinin yalnız başlanğıcıdır. Çünki real dünyada öldürülən rusların sayı təxminən iki dəfə çoxdur”, - Podolyak bildirib.
O, əlavə edib ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Konaşenkov bütün bunları “Komsomolskaya Pravda”nın səhifələrində təfərrüatı ilə etiraf edib, amma dərhal məqalə redaktə olunub.